Vergi uçotu

Biz CARAT CONS MMC olaraq vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərə vergi xidmətləri və vergi uçotu üzrə aşağıda qeyd etdiyimiz xidmətləri təklif edirik:

- Fiziki və hüquqi şəxslərin Dövlət Vergi Xidmətində qeydiyyata alınması;

- ASAN-İmza sertifikatlarının (biznes) əldə olunması;

- İstifadəçi kodu, parol və şifrələrin əldə olunması;

- Hüquqi şəxslər üçün möhür əldə edilməsi;

- Elektron qaimələrin tərtib olunması, göndərilməsi, təsdiqi, ləğv olunması, düzəlişə göndərilməsi;

- ƏDV bəyannamələrinin tərtib olunması və göndərilməsi (əlavələrlə);

- ƏDV depozit hesabına nəzarət və köçürülmələrin (büdcəyə, sub-uçot hesaba, idxala görə) həyata keçirilməsi ;

- Cari vergi ödəmələrinin hesablanması haqqında maliyyə arayışlarının tərtib olunması və göndərilməsi;

- Fiziki şəxslər üçün gəlir vergisi bəyannamələrinin, hüquqi şəxslər üçün mənfəət vergisi bəyannamələrinin tərtib olunması və göndərilməsi;

- Digər vergi hesabatlarının (Sadələşdirilmiş, ÖMV, Əmlak, Torpaq, Aksiz, Yol, Mədən) tərtib olunması və göndərilməsi;

- Təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması;

- NKA qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;

- Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələrin (vergi, mdss, is) tərtib olunması və göndərilməsi;

- Şəxsi hesab vərəqəsinə nəzarət, onlayn kargüzarlıq bölməsinə vergi orqanı tərəfindən göndərilmiş məktubların qanunvericiliyə uyğun şəkildə və müddətdə cavablandırılması;

- Vergi və büdcə ödənişlərinin həyata keçirilməsi;