Mühasibat uçotu

Biz CARAT CONS MMC olaraq vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərə mühasibat uçotu üzrə aşağıda qeyd etdiyimiz xidmətləri təklif edirik:

- Bank hesablarının açılması, bank hesablarına nəzarət;

- Nəzarət kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;

- POS Terminalların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;

- Kreditor borcların ödənilməsi;

- Debitor və kreditorlarla qarşılıqlı hesablaşma;

- İri istehsalat Müəssisələrinin İdarəedilməsi (Управление производственным предприятием) 1C Sistemində istehsalatın uyğunlaşdırılması, müəssisənin işçilərinə gördüyü işə uyğun müvafiq “iş stolunun” yaradılması həmçinin onlara öz işinə uyğun müvafiq səlahiyyətlərin verilməsi;

- Apteklərdə, mağazalarda xırda və iri ticarət obyektlərində malların inventarizasiyası, bar kod vasitəsi ilə kodlaşdırılaraq 1C Ticarət anbar proqramına yazılması;

- Mal-material sayımları, uçota alınması, silinməsi və s.;

- Mühasibat uçotunun qurulması;

- Müqavilələrin (alqı-satqı, xidmət, icarə, podrat, subpodrat) tərtib olunması;

- Əmək haqqı kartlarının sifarişi, əmək haqqı hesablanması və ödənişi;

- Əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil məzuniyyəti və s. məzuniyyətlərin hesablanması və ödənişi;

- Əmək müqaviləsinə xitam verilərkən müavinətlərin hesablanması və ödənişi;

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması və ödənişi və s.