f Caratcons.az | Consulting
Vergi təqvimi

Vergi təqvimi

Vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin 2021 - ci ilin iyul ayı üzrə təqdim etməli olduqları bəyannamələr və ödənişlər: 

~ 15 İYUL 2021 (SON TARİX)

- Cari vergi ödəmələrinin hesablanması haqqında maliyyə arayışı (Gəlir və mənfəət vergisi ödəyiciləri üzrə);

 

~ 22 İYUL 2021 (SON TARİX)

- Gəlir vergisi (Xüsusi notariuslar üzrə);

- Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə);

- Əlavə dəyər vergisi;

- Aksizlər;

- Yol vergisi;

- Mədən vergisi; 

- Sadələşdirilmiş vergi;

- Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə);

- Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə);

- Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə).

- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;

- Ödəmə mənbəyində tutulan digər vergilər;

- Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi;

- Dövlət rüsumu;

- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı).

 

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.